5 Noyabr 2015 13:26
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi vakant vəzifəsinə xüsusi tapşırıqlar üzrə səfir Aqşin Mehdiyevin namizədliyi irəli sürülüb. Teleqraf.com-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda daha sonra deyilir: “4 noyabr 2015-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in Baş katibi tərəfindən səfir Aqşin Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək, onun vəzifə səlahiyyətlərinin icrasına 1 dekabr 2015-ci il tarixindən etibarən başlayacağı bildirilib.

Səfir Aqşin Mehdiyev 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında daimi nümayəndəsi olub”.

Səxavət


Müəllif: