3 Dekabr 2015 10:52
2 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz artıq enerji əsaslı iqtisadiyyatı diversifikasiyalı iqtisadiyyata çevirmək istəyirik. Bunun üçün bizim universitet öz tövhələrini verməyə hazırdır”.

Bu barədə “ADA” Universitetinin rektoru Hafiz Paşayev “İKT İnnovasiyalarının Regional Mühitinin Yaradılması” mövzusunda Üçüncü Regional İnternet İdarəçilik Forumunda çıxışı zamanı deyib.

Rektor bildirib ki, 10 il əvvəl diplomatik akademiya kimi fəaliyyətə başlayan “ADA”nın 2013-cü ildən universitetə çevrilib və fəaliyyət istiqamətini dəyişib: “Artıq bizim universitet yalnız beynəlxalq münasibətlərlə məhdudlaşmır. Gələcəkdə universitetimizdə müxtəlif ixtisaslar üzrə yeni fakültələr yaradacağıq. Bunun üçün xarici mütəxəssislər ali məktəbimizə cəlb edilir. Bu forumun bizim universitetimizdə keçirilməsi çox vacibdir. İnanıram ki, tələbələrimizi dərslərinə daha ciddi yanaşmalarına təsir edəcək”.

“ADA” Universitetinin texnologiya və innovasiya üzrə prorektoru Kah Məhəmmədov bu gün ölkələrin sosial, iqtisadi prioritetlərinə baxıb və rəqəbətə davamlı olmaq üçün yeniliklər barədə düşündüklərini bildirib:

“Keyfiyyətli iqtisadiyyat insan kapitalı ilə birbaşa əlaqəlidir. “ADA” universiteti bu məsələdə böyük işlər görür. Geniş miqyaslı iqtisadi inkişafa nail olmaq üçün İKT və innovasiyalar əsas şərtdir. Rəqəmsal və bilik iqtisadiyyatı regionun mövqeyini dəyişəcək. Region üçün İKT və innovasiya mühitinin yaradılması üçün yüksək keyfiyyətli təhsil, motivasiyalı tələbə, yeni təhsil üsullarından istifadə edilməlidir. Bu gün bizim universitetdə yeni iqtisadiyyat-rəqəmsal və bilik əsaslı iqtisadiyyat üçün yeni fakültələr yaradırıq. Yeni informasiya texnologiyaları, mühəndislik fakültələri yeni şirkətlər üçün yeni kadrlar hazırlayırıq”.

BMTİP –nin prezidentinin nümayəndəsi Antonius Bruk internet qlobal iqtisadiyyatın onurğa sütunu olduğunu deyib:

“Kommersiyadan demokratik qərarların verilməsinə qədər bütün sahələrdə İKT-nin rolu artır. BMT internetin qadın, kişi, uşaq fərqi qoymadan hər kəsə əlçatımlılığını təmin etməyi qarşıya məqsəd qoyub. Internetə çıxış imkanında bərabərsizlik təmin edilməlidir. Azərbaycvan İKT-in inkişafı baxımdan BMT-in irəlidə olan ölkələri sırasındadır. BMT-nin inkişaf proqramı ölkəboyu İKT infrasturukturunun yaradılmasına dəstək göstərəcək. 15 il əvvəl ölkələr minilliyin inkişaf istiqamətlərini qəbul edəndə İKT bu qədər inkişaf etməmişdi. Hazırda 3 milyard insan internetdən istifadə edir. Lakin hələ də böyük rəqəmsal bərabərsizlik var. Böyük şəhərlərdə vəziyyət nisbətən yaxşı olsa da, regionlarda qadınların internetə çıxış imkanları azdır. BMT bu problemi aradan qaldırmağa çalışır”.

Qeyd edək ki, Forum BMT-nin İnkişaf Proqramı, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ADA” Universiteti tərəfindən birgə təşkil edilib. Tədbir BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin, BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyinin dəstəyi ilə keçirilir. Tədbir çərçivəsində “Təhsilin texnologiyalar vasitəsilə transformasiyası”, “Məxfilik və İnnovasiya üçün Kiber Təhlükəsizlik-Regional Kiber Təhlükəsizlik Alyansları Təşəbbüsləri”, “İnformatika təhsili-2019 ərəfəsində çağırışlar”, “Texnologiyanın gələcəyi 2016-2020-Proqnozlar nələrdən xəbər verir”, “Ağıllı cəmiyyət strategiyası-hökümətlər İKT-dən yeni cəmiyyətin yaradılmasında istifadə edirlər”, “Sosial media və paylaşma iqtisadiyyatı” və “İqtisadi diversifikasiyanın İKT innovasiyalar mühitinə təsiri” kimi maraqlı mövzular müzakirə olunacaq.

İlhamə


Müəllif:

Oxşar xəbərlər