Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə birgə Göy məsciddə namaz qılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə T.Abbaslı özünün Facebook səhifəsində yazıb. Məsciddə selfie çəkən T.Abbaslı yazıb ki, Türkiyənin baş naziri cümə namazını azərbaycanlılarla birgə qılıb: “Sonra çox səmimi çıxış etdi. Hamılıqla Azərbaycanımızın və Türkiyəmizin xoşbəxt gələcəyi üçün dua etdik. Allah bütün duaları qəbul etsin. Cüməmiz mübarək!”