Eks-spiker Rəsul Quliyev yenə də müxalifəti ciddi tənqid edib. Milli Məclisin sabiq sədri bildirib ki, müxalifətdə olanlar yerlərini heç kimə vermədən tərk etməlidirlər.
R.Quliyevin fikrincə, Azərbaycanda 2005-ci ildən demək olar ki, müxalifət yoxdur:
"2012 və 2013-cü illərdə yenidən müxalifət yaratmağa cəhd edildi, onun əvəzində növbəti Milli Şura adlanan amorf, heç kimin məhəl qoymadığı, altında heç bir şey olmayan bir ad ortaya çıxdı. İndiki müxalifət liderlərinin yerlərini daha cavan nəslə verməsi fikri mənasız bir ideyadır. Müsavat Partiyasında sədr yerini vermək prosesini gördük. İsa Qəmbər yerini özündən bütün komponentlərlə qat-qat aşağıda durana verdi. Nəticədə "mən varam, partiya var, mən yoxam, partiya yoxdur" şüarının düz olduğu özünü göstərdi. Onlar yerlərini heç kimə vermədən, sadəcə, istefa verib getməlidirlər".
Cavidan