9 Dekabr 2015 16:45
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həm ixtisas, həm də tədqiqat magistraturası olacaq

Bu gün V çağırış Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda “Təhsil haqqında” Azərbaycan Respubliaksının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi, komitənin 2016-cı ilin yaz sessiyası üçün iş planı, “Elm haqqında” Azərbaycan Respubliaksının qanun layihəsinin təkmilləşdirilməsi, elm və təhsil sahələrinə dair yeni qanun layihələrinin hazırlanması, elm və təhsil sahəsinə aid qanun layihələrinin hazırlanması üçün işçi qruplarının yaradılması ilə bağlı müzakirələr aparılıb.

İclasda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin yeni sədri, akademik İsa Həbibəyli bildirib ki, iclasın gündəliyinə daxil edilən 5 məsələ bu gün müzakirə olunacaq. Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə “Təhsil haqqında” qanundakı magistratura ilə bağlı müddəalara yenidən baxılması barədə təklif daxil olub: “Qanun layihəsinin 22.7-ci maddəsində “magistratura yalnız nəzəri hazırlıq və tətqiqat tələb edən sahələr üzrə həyata keçirilsin” bəndinə dəyişiklik edilməsi gündəmə gəlib. Çünki indiyədək bu incəsənət, musiqi, idman, təsviri sənət, memarlıq və dizayn ixtisaslarlına şamil olunur. Ədəbiyyat, tarix, fizika, iqtosadiyyat və digər ixtisaslar üzrə isə magistraturaya qəbul ümumi əsaslarla keçirilir. Yəni, bakalavr pilləsində hansı ixtisaslar üzrə təhsil aparılırsa, magistratur pilləsində də tələbələr həmin ixtisaslar üzrə təhsillərini davam etdirirlər. Burada incəsənət, idman və memarlıq ixtisaslarına yalnız nəzəri hazırlıq və tətqiqat tələb olunan halda magistratura təhsilinə hüquq verilməsi, bu sahədə təhsil almaq istəyənlərin hüquqlarını birtərəfli şəkildə məhdudlaşdırır. Ona görə də hesab edirəm ki, dövlət başçısı tərəfindən Milli Məclisə daxil olan bu sənəd tamamilə əsaslıdır. Digər ixtisaslarda olduğu kimi, incəsənət təmayüllü, musiqi, idman, memarlıq, dizayn və digər bu kimi ixtisaslarda da magistraturaya qəbul ümumi əsaslarla aparılmalıdır. Tələbələr bakalavr pilləsini bitirdikdən sonra bu ixtisaslar üzrə də təhsil almağı davam etmək hüquqi qazanmalıdırlar. Misal üçün, hazırda bizdə bakalavr pilləsində vokal, drijorluq və bəstəkarlıq ixtisasları var. Magistratura pilləsində isə drijorluğun nəzəriyyəsi və tarixi, bəstəkarlığın nəzəriyyəsi və tarixi, fortopioninanın nəzəriyyəsi və tarixi, ifaçılığın nəzəriyyəsi və tarixi, idmanın nəzəriyyəsi və tarixi, metodologiyası ixtisasları vardır. İndiyədək bizdə ölkə üzrə nə fortopionino, nə vokal, nə idman üzrə magistr dərəcəsi olan bir nəfər kadr yetişdirmək mümkün olmur. Ancaq nəzəriyyəçilər və tarixçilər olur ki, bu da böyük boşluq yaradır”.

Komitə sədri qeyd edib ki, Azərbaycanda bu sahələr üzrə ali təhsilin magistratura səviyyəsində kadr hazırlığı iki istiqamətdə aparılacaq: “Qanunvericiliyə təklif edilən dəyişiklik buna zəmin yaradır. Magistratura iki istiqamətə ayrılacaq. Yəni gələcəkdə həm ixtisas, həm də tədqiqat magistraturası olacaq. Tədqiqat magistraturasında oxuyanlara öz ixtisasları üzrə sırf nəzəri biliklər veriləcək, onlar sırf nəzəriyyəçi olacaqlar. İxtisas üzrə magistratura təhsili alanlara isə öz ixtisası üzrə praktiki biliklər veriləcək. İxtisas üzrə magistr dərəcəsi alan yalnız ixtisas üzrə mütəxəssis olacaq. Həmin şəxslərin doktoranturaya sənəd verməsinə icazə verilməyəcək, onlar magistr dərəcəsi ilə peşə fəaliyyətlərini davam etdirə biləcəklər. İkinci istiqamət üzrə təhsil alanlar isə tədqiqatçı olacaqlar. Onlar magistr dissertasiyasını müdafiə edəcək və sonra tədqiqatla məşğul olacaqlar”.

Daha sonra dəyişiklik səsə qoyularaq qəbul edilib və Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Nemət


Müəllif:

Oxşar xəbərlər