11 Yanvar 2016 10:27
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilə NATO arasında əməkdaşlıq uğurla inkişaf edir.

Trend-in məlumatına görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun Azərbaycandakı rezident əlaqələndiricisi Kristian Çiobanu jurnalistlərə açıqlamasında deyib.

Səfir Azərbaycan ilə NATO arasında tərəfdaşlığın strateji əhəmiyyət daşıdığını vurğulayıb: “Bu ilin iyul ayında Varşavada NATO-nun sammiti baş tutacaq və ümid edirik ki, Azərbaycan sammitdə yüksək səviyədə təmsil olunacaq”.

Qeyd edək ki, NATO-nun Varşavadakı sammiti bu il iyulun 8-9-da baş tutacaq.


Müəllif: