Azərbaycanda müxalif siyasi partiyaların rəhbərləri fevralın 17-də Türkiyənin paytaxtı Anakarada 28 nəfərin ölümü, 61 nəfərin yaralanması ilə nəticələnən terror aktını pisləyiblər.
AXCP sədri Əli Kərimli Türkiyənin bu ağır sınaqdan üzüağ çıxacağına inamını bildirib.
“Fitnəkar qüvvələr açıq-aşkar Türkiyədə sabitlyi pozmağı, ölkəni qan gölünə çevirməyi hədəfləyiblər. İnanıram ki, qardaş ölkə dövləti, milləti və ordusu ilə birlikdə bütün bu sınaqlardan üzüağ çıxacaq, ərazi bütövlüyünü və demokratiyasını da qoruyub saxlayacaq. Bu çətin sınaq zamanlarında dualarımız qardaş Türkiyə ilədir!”, deyə Əli Kərimli yazıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Ankaradakı terror hadisəsinə görə biz də türkiyəlilər qədər üzüldük: "Türkiyənin bu terror hadisələrinə görə sarsılmayacağına, birləşmiş şər qüvvələrə qarşı daha barışmaz mübarizə aparacağına və sonda qalib gələcəyinə inanıram. Terror nəticəsində həlak olanların yaxınlarına, bütün Türk xalqına baş sağlığı verir, yaralılara allahdan şəfa diləyirəm".
Strateji Düşüncə Mərkəzinin lideri İsa Qəmbər Türkiyəyə dəstək olaraq Ankara terrorunu pisləyən foto paylaşıb.
Azərbaycan Demokrat Partiyası (ADP) Türkiyənin paytaxtı Ankara şəhərində törədilmiş və çoxlu insan təlafatı ilə müşahidə olunan terror hadisəsindən kədərləndiyini bildirib.
Bu barədə partiyanın yaydığı bəyanatda vurğulanır. Demokrat Partiyası terroru anti-insani və anti-bəşəri hərəkət kimi lənətləyir, Türkiyə Cümhuriyyətinin və Türk xalqının yanında olduğunu bəyan edir. Bu terror hadisəsi Türkiyənin istər öz sərhəddi daxilində, istərsə də sərhədləri kənarında apardığı anti-terror əməlyyatlarının haqlı olduğunu bir daha sübut edir. ADP terrora maddi-mənəvi və siyasi dəstək verən bütün güclərin terrorçuluğa dəstək verən güclər kimi tanınmasını vacib hesab edir. Partiya terrorizimin qlobal mahiyyət aldığını və dünya ictimayətini, dünyada sülhü və təhlikəsizliyi təhdid edən qlobal cinayətə çevrildiyini nəzərə alaraq, terrorla bağlı beynəlxalq hüquqda imperativ normaların müəyyən edilməsini vacib hesab edir. ADP Azərbaycan hakimiyyətini, strateji müttəfiqimiz olan qardaş Türkiyənin anti-terrorla bağlı daxili və xarici siyasətinə hər cür dəstək verməyə çağrır!
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qeyd edib ki, Türkiyə ərazisində elan olunmamış müharibə gedir: "Cənub-qərb ərazilərində təşkilanlanmış quldur dəstələri, Ankara və İstambulda isə xain bombalı saldırılar. Başın sağ olsun Türkiyəm. Allahın bu imtahanından da çıxacaqsan, inşallah!"
Ayxan