Latviyanın sabiq prezidentləri Vayra Vike-Freyberqa və Valdis Zatlers IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya səfərə gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, martın 10-11-də Bakıda Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək forumun mövzusu “Çoxqütblü dünyaya doğru”dur.
Qeyd edək ki, V.Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir. 1999-2007-ci illər ərzində iki dəfə Latviya Respublikasının Prezidenti seçilən V.Vike-Freyberqa 2013, 2014 və 2015-ci illərdə Qlobal Bakı forumlarında iştirak edib. Bundan başqa, Qlobal forumlara hazırlıq məqsədilə keçirilən hazırlıq görüşlərinə qatılıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü V.Zatler isə 2007-2011-ci illərdə Latviyaya rəhbərlik edib. Sabiq prezident ötən il ölkəmizdə keçirilmiş III Qlobal Bakı Forumunda iştirak edib.
Səxavət