4 Mart 2016 13:31
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda problemli kredit məsələsi həll olunmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Əli Məsimli bildirib.

Deputat qeyd edib ki, bu gün ölkənin maliyyə bazarında müəyyən problemlər var: “Mərkəzi Bankın yürütdüyü maliyyə siyasəti burada rol oynayır. Hesab edirəm ki, yeni palatanın Mərkəzi Bankla koordinasiyalı şəkildə fəaliyyəti mövcud problemlərin aradan qaldırılmasına təkan verəcək. Hər iki qurum çalışmalıdır ki, maliyyə bazarında olan çatışmazlıqlar istehsalat sahəsinə keçməsin”.

Nemət


Müəllif:

Oxşar xəbərlər