31 Mart 2016 11:35
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sonuncu əfv sərəncamı ilə azadlığa çıxan Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov 30 manat cərimə edilib.

Teleqraf.com bildirir ki, bu barədə Yadigar Sadıqov özü bildirib. O qeyd edib ki, cəzaçəkmə müəssisəsindən azad edildiyi zaman ona şəxsiyyət vəsiqəsinin Pentensiar Xidmətdə olmadığını bildiriblər.

Onun sözlərinə görə, müəssisədən məsləhət görüblər ki, yaşadığı ərazi üzrə polis idarəsinə müraciət etsin, ola bilər ki, şəxsiyyət vəsiqəsi həbs edildiyi zaman polis idarəsində qalıb.

Divan üzvü qeyd edib ki, martın 30-da Lənkəranda polis idarəsində olub. Lakin burada ona deyilib ki, şəxsiyyət vəsiqəsi barədə məlumatlı deyillər. Bundan sonra müsavatçı banka 30 manat cərimə və əlavə olaraq 5 manat rüsum ödədikdən sonra yeni şəxsiyyət vəsiqəsi almaq qərarına gəlib.

Nemət


Müəllif:

Oxşar xəbərlər