Milli Məclisin sədri Oqtay Əsədov Vəhdət Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimlini 60 illik yubileyi münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Milli Məclisdə baş tutan mərasimdə birinci vitse-spiker Ziyafət Əsgərov, vitse-spiker Bahar Muradova, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və Milli Məclisin İşlər müdiri Firudin Hacıyev də iştirak edib.
Spiker T.Kərimlini təbrik edərək ona parlamentarizm ənənələrinin daha da inkişaf etdirilməsi sahəsindəki işində uğurlar arzulayıb. Daha sonra T.Kərimliyə diplom və xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, T.Kərimlinin 60 yaşı martın 6-da tamam olub.
Səxavət