Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və daimi inkişaf komitəsinin təşkil etdiyi tədbirdə iştirak etmək üçün aprelin 4-də Bolqarıstana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Sofiya şəhərində keçiriləcək tədbirdə uşaqların normal formalaşması, sağlam böyüməsi, onların hüquqlarının qorunması ilə bağlı məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, AŞPA-nın Sosial məsələlər, sağlamlıq və daimi inkişaf komitəsində uşaqlar üzrə baş məruzəçi olan millət vəkili Sevinc Fətəliyeva mövzu ilə bağlı fikirlərini açıqlayacaq, həmçinin ölkəmizdə uşaq siyasəti haqqında məlumat verəcək.
Nemət