İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Caberi Ənsari təmas xəttindəki gərginliyə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, İran XİN-in mətbuat katibi rəsmi Tehranın Bakı və İrəvanı təmkinli olmağa çağırdığını qeyd edib: “Biz hər iki şimal qonşumuzu vəziyyət ağırlaşmadan təmkinli olmağa çağırırıq. Regionda ekstremist qruplaşmalar tərəfindən dağıdıcı fəaliyyətlərə paralel olaraq Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar İranın ciddi narahatlığına səbəb olub”.
Nərgiz