4 Aprel 2016 14:13
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Benilüks Azərbaycanlıları Konqresi (BAK) Ermənistan silahlı bölmələrinin cəbhə xəttində törətdiyi hərbi təxribatlarla əlaqədar bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a daxil olan bəyanatda bildirilir ki, aprelin 1-dən 2-ə keçən gecə Ermənistan silahlı bölmələrinin təmas xəttində Azərbaycan Ordusunun mövqelerini iriçaplı silahlardan, artilleriya və tanklardan atəşə tutması faktı dünyada yaşayan bütün azərbaycanlıları hiddətləndirib.

BAK kənd və yaşayış obyektlərinin Ermənistan ordusu tərəfindən intensiv atəşə tutulması, məktəb binalarının mərmilərlə dağıdılması, dinc əhalinin həyatlarını itirməsi faktından narahatlıq ifadə edərək bildirir ki, son hadisələrlə əlaqədar dünya ictimaiyyəti Ermənistan dövlətinin həyata keçirdiyi siyasəti qəti şəkildə pisləməldir. BAK son vəziyyətlə bağlı bir çox Avropa təşkilatlarını və Beynəlxalq Qurumları Azərbaycana qarşı ikili standartlar tətbiq etməməyə, ATƏT və digər qurumları Azərbaycanın Ermənistan tərəfindən işğalı aktına göz yummamağa çağırıb.

Həmçinin, bəyanatda BMT-nin işğalçı Ermənistanla bağlı qəbul etdiyi 4 qətnaməsinin hələ də yerinə yetirilmədiyi, işğalçı dövlətin beynəlxalq ictimaiyyət tərəfindən qınağa çəkilmədiyi vurğulanır. “Regionda sülhün, sabitliyin tərəfdarı olanlar bilməlidirlər ki, bölgədə sülh yalnız ermənilərin Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etdikləri vaxt mümkündür. Azərbaycan xalqı Ermənistanın işğalçı siyasəti ilə heç bir zaman barışmayacaq”, – deyə bəyanatda bildirilir.

BAK beynəlxalq qurumları Azərbaycanın haqq işini dəstəkləməyə, ikili standartlara yol verməməyə, BMT qətnamələrinin icrasının həyata keçirilməsinə yardımçı olmağa çağırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər