Cəbhə xəttində ermənilərə layiqli cavab verən ordumuza dəstək artır.
Teleqraf.com xəbər verir ki, Harvard Universitetinin məzunu, gənc fəal Bəxtiyar Hacıyev sosial şəbəkələr vasitəsilə xarici ölkələrdə təhsil almış və hazırda təhsil alan, habelə xarici dil bilən gənclərə müraciət edib.
Bəxtiyar Hacıyev müraciətində həmin gənclərdən xahiş edib ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumatları xarici dilə tərcümə edərək yaysınlar: “Əziz dostlar. Müharibə yalnız cəbhədə yox, həm də beynəlxalq mediada, xaricdə ictimai rəydə aparılmalıdır.
Xaricdə təhsil alan məzun olan on minlərlə gəncimiz var. Bu gün Tvitter, Feysbuk və digər sosial şəbəkələrdə, beynəlxalq KİV-də Azərbaycanın haqlı mövqeyini çatdırmalıyıq.
Bu gün Müdafiə Nazirliyinin yaydığı məlumatları ingilis, alman, fransız, ispan, ərəb, rus və digər dillərdə sosial şəbəkələrdə paylaşmalıyıq. Erməni tərəfinin saxta video, fotolarla müxtəlif ölkələrdə apardığı təbliğatı aşkar edib, dərhal cavab verməli və dayandırmalıyıq”.
Cavidan