8 Aprel 2016 17:28
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kocaeli vilayətində təhsil alan azərbaycanlı və türkiyəli tələbələr Azərbaycan Kültür Evinin qarşısına toplaşaraq Ermənistan ordusunun son hərbi təxribatlarına etiraz ediblər.

Teleqraf.com xəbər verir ki, Türkiyə və Azərbaycanın dövlət bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Qarabağ bizimdir!”, “Yaşasın Türkiyə və Azərbaycan dostluğu və qardaşlığı!”, “Azərbaycan bayrağını Qarabağdan asacağıq!”, “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” kimi şüarlar səsləndirib. Mitinq “Əsgər marşı”nın ifası ilə başlayıb. Daha sonra erməni silahlı birləşmələrinin təxribatları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin adları bir-bir səsləndirilib.


Aksiyada çıxış edənlər 1-5 apreldə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib, işğalçı Ermənistandan təcavüzkarlıq siyasətindən əl çəkmək tələb edilib. Beynəlxalq qurumlar və təşkilatlar Ermənistanın işğalçı siyasətinə dair qətiyyətli mövqe nümayiş etdirməyə çağırılıb.

Səxavət


Müəllif: