"Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir".
Bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycan ofisinin rəhbəri Malena Mard deyib.
O, status-kvonun davamlı olmadığını və münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliyə doğru hərəkət etməyin zəruriliyini bildirib. M.Mard bu məsələnin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin son səfəri zamanı da diqqət mərkəzində olduğunu xatırladıb.
Səfir Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini qeyd edib.
M.Mard, həmçinin yaxın günlərdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin regiona gələcəyini bildirib və bunun Aİ-nin məsələni diqqətdə saxlamasını əks etdirdiyini vurğulayıb. (Report)