15 Aprel 2016 11:47
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cəbhə xəttində son hadisələr zamanı bu qədər vətənpərvərlik coşqusunun fonunda təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, müxalifət düşərgəsinin bəzi qanadlarında tamamilə başqa meyillərin özünü göstərməsi bizi məyus edir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Əli Əhmədovun sözlərinə görəi, bu, elə bir məsələdir ki, burada müxalifət-iqtidar anlayışı gərək arxa plana keçirilsin:

“Ancaq görünür ki, müxalifətin bəzi dairələri üçün özlərinin dar siyasi maraqları hər şeydən üstündür, o cümlədən də milli maraqlardan, vətən uğrunda mübarizənin taleyindən və s. müqəddəs amallardan. Mən bunları təəssüf hissi ilə qeyd etmək istəyirəm. Yeri gəlmişkən, onu da vurğulamaq istəyirəm ki, bu hadisələr zamanı müşahidə etdiyimiz vacib məqamlardan biri də ondan ibarət oldu ki, müxalifətin böyük bir hissəsi milli birlik nümayiş etdirə bildi.

Bu hadisələrdə xalqımızla bir yerdə olduğunu göstərdi. Şəhidlərimizin adının və xatirəsinin əziz tutulması və digər məsələlərlə əlaqədar onların müəyyən hissəsinin mövqeyi bizi qane edir. Amma görünür ki, müxalifətin içərisində fərqli düşünən və fərqli meyarlarla fəaliyyət göstərənlər var”.

Baş nazirin müavini təəsüflə qeyd edib ki, fəaliyyəti boyu hər şeyi inkar edən, ağa qara deməyi vərdiş etmiş müxalifətçilər Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün savaş getdiyi bir zamanda öz ambisiyalarından əl çəkə bilmədilər: “Görünür, onlar üçün həyati prinsip “Azərbaycan üçün nə qədər pis olarsa, müxalifət üçün o qədər yaxşıdır” tezisindən ibarətdir. Bu illər ərzində müxtəlif məqamlarda həmin tezisin onlar tərəfindən rəhbər tutulduğunun şahidi olmuşuq. Açıq demək lazımdır ki, belə bir həssas anlarda həmin tezisin müxalifətin hər hansı qanadı tərəfindən rəhbər tutulacağına inanmağım gəlmirdi. Amma gedişat göstərdi ki, Vətənin taleyi ilə əlaqədar proseslərin baş verdiyi zamanda müxalifətin bir qismi bu tezisdən bəhrələnir.

Onların Azərbaycan Ordusunun döyüş qabiliyyətinin üzərinə kölgə salan fikirlər səsləndirməsi, sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edərək və yaxud əllərində olan digər informasiya vasitələrindən istifadə edərək qələbələrimizin üzərinə kölgə salmağa çalışmaları təəssüf doğuran haldır. Şəhidlərin ruhu qarşısında utanmadan alver etmək niyyətinə düşdülər, buna başqa don geyindirməyə çalışdılar. Beləliklə də, Azərbaycan cəmiyyətinin qələbə ruhunun sındırılmasına yönəldilmiş fəaliyyətlə məşğul oldular. Mən bunu xəyanətdən başqa cür adlandıra bilmirəm!”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər