16 Aprel 2016 15:15
2 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup güney azərbaycanlı milli-mədəni fəal “24 Aprel” ərəfəsində İranın Daxili İşlər Nazirliyinə (DİN) məktub ünvanlayıb.

Teleqraf.com GünAZ TV-yə istinadən xəbər verir ki, Astara, Təbriz, Urmiyə, Qəzvin, Ərdəbil, Zəncan, Tehran və Həmədan şəhərlərindən olan azərbaycanlı fəallar, Daşnak və Asala erməni terror qruplaşmaları yandaşlarının keçirmək istədikləri aksiya ilə bağlı Daxili İşlər Nazirliyinə xəbərdarlıq edib.

DİN-nə ünvanlanan məktubda qısaca deyilir:

“Son vaxtlar Dağlıq Qarabağda toqquşmaların kəskinləşməsi və Azərbaycan hərbçilərinin işğalçı ermənilərlə savaşda şəhid olması Azərbaycan türk millətini olduqca qəzəbləndirib.

Daşnak və Asala terrorçuları uzun illərdir işğalçı Ermənistan dövlətinin yardımı ilə yüzlərlə müsəlman qadın və uşağı faciəvi şəkildə qətlə yetirib. Onlar yalnız Dağlıq Qarabağda deyil, PKK terrorçuları və PYD ilə birlikdə Türkiyə və Suriyada da türk qardaşlarımızı qətlə yetirirlər.

Əldə etdiyimiz məlumata görə, Asala və PKK terror qruplaşmaları əlaltıları qondarma “24 Aprel” erməni soyqırımını bəhanə edərək Türkiyə səfirliyi qarşısında və bir neçə Azərbaycan şəhərində etiraz aksiyası keçirməyi planlaşdırır və bunun üçün rəsmi icazə almağa çalışırlar.

Biz builki həssas vəziyyəti nəzərə alaraq elan edirik ki, terrorçu qruplaşmaların əlaltılarına hər hansı şəkildə icazə verilərsə, bunun qarşılığı hökmən olacaq və Azərbaycan türk milləti belə bir hərəkətə dözməyəcək.”
Azərbaycanlı fəallar sonda bir daha vurğulayıb ki, “Daşnak, Asala və PKK terror qruplaşmaları əlaltılarına nəzərdə tutulan aksiya ilə bağlı icazə verilərsə, azərbaycanlıların buna reaksiyası olduqca sərt olacaq və gərginləşən vəziyyətə görə bütün məsuliyyət Nazirliyin üzərinə düşəcək.

Bəkir


Müəllif:

Oxşar xəbərlər