29 Aprel 2016 14:04
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son vaxtlar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən ictimai asayişin etibarlı təmin edilməsi istiqamətində, cinayətkar qruplaşmalara qarşı effektiv mübarizə aparır. Ölkədə insanlar bunu görür və yüksək qiymətləndirir. O cümlədən insan alverinə qarşı mübarizəni də bura aid etmək olar. Hesabatda görünür ki, bu istiqamətdə DİN beynəlxalq qurumlarla ciddi əməkdaşlıq edir, insan alverinə qarşı mübarizə aparır. Bu, çox müsbət addımdır”.

Teleqraf.com xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında müzakirələr zamanı çıxışında deyib.

Q.Həsənquliyev eyni zamanda bir məqamla bağlı narahatlığını da dilə gətirib: “Daxili İşlər Nazirliyinin narkomaniyaya qarşı mübarizəsini təqdir edirəm. Amma təkcə narkotik istifadəçiləri və alverçilərinə qarşı yox, dünyanın nəhəng kartelləri və sindikatlarına qarşı da mübarizə aparılmalıdır. Hesab edirəm ki, bu qlobal narkotik alverinə qarşı mübarizəyə töhfə verilməlidir.

Son bir ay ərzində gömrük orqanları iki böyük partiya narkotik maddəni aşkarlayıb. Bu zaman 1 tondan artıq, dəyəri milyonlarla dollar olan narkotik maddə aşkarlanıb. Narkotikanı aşkar edənləri, bəlkə, yüksək mükafata layiq görmək lazımdır ki, bu sahə ilə mübarizəyə diqqət daha da artsın. DİN mütləq Gömrük Komitəsi ilə əməkdaşlıq etməlidir. Bu yaxınlarda aşkar edilən narkotika kişmişin içərisində Belçikaya göndərilirmiş. Bizim müvafiq qurumlar beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirməlidir. O cümlədən İranla əməkdaşlıq edilməlidir. Çünki uzun müddətdir İrandan ölkəmizə narkotika daşınır”.

Nemət


Müəllif:

Oxşar xəbərlər