Milli Məclisdə “Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu haqda deputatlara komitə sədri Rəfael Hüseynov məlumat verib.
O, deyib ki, bu əlavə və dəyişikliklər 1 il əvvəl başqa layihədə təsbit edilib: “Bəzən qanunların bir-birinə uyğunlaşdırılması sanki yeni dəyişikliklər kimi qavranılır. Bu yeni dəyişiklik deyil və uyğunlaşdırma məqsəd daşıyır.
Burada informasiyanın yayılması və mənbənin açıqlanmasına yol verilməyən xüsusi məqamlar var. İndi bu maddəyə yeni bir əlavə olunur. Yalnız yetkinlik yaşına çatmayan şübhəli, təqdirləndirilən şəxslərin və ya onların qanuni nümayəndələrinin razılığı olmadan onlar haqqında məlumat yayılması qadağan edilir”.
Nemət