2 May 2016 11:21
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin (İH) növbəti toplantısı keçirilib.


Teleqraf.com xəbər verir ki, bu haqda məlumatı hərəkatın sədri Qubad İbadoğlu verib.

Onun sözlərinə görə, toplantıda iştirak edən İdarə Heyətinin üzvləri öncə ötən iclasdan sonra Şimal və Şimal-Qərb bölgəsində ADR Hərəkatının rəhbərliyində təmsil olunan şəxslərin yerli fəallarla görüşləri müzakirə olunub: “28 aprel 2016-cı ildə keçirilən Fuzuli rayon ADR təşkilatının təsis konfrası təqdir olundu və təşkilatlanma sahəsində fəaliyyətlərin davam etdirilməsi məqbul sayıldı.

ADR Hərəkatının sədri Qubad İbadoğlu ATƏT-in Parlament Assembleyasının vitse-prezidenti və Avropa Birliyin nümayəndələri ilə görüşləri barədə məlumat verdi. Sonra ictimai-siyasi vəziyyət müzakirə olundu və Qarabağda ermənilərin atəşkəsi pozması səbəbindən son günlər yenə də şiddətlənən döyüşlər müzakirə olundu və belə hallarda milli ordunun qətiyyətli mövqeyi alqışlandı. Gündəliyin bu məsələsi ətrafında gedən müzakirələrdə ADR Hərəkatı sədri Qubad İbadoğlu və İdarə Heyətinin üzvü Əlövsət Talşxanlının Real hərəkatının sədri İlqar Məmmədova qarşı Şəki Apelyasiya Məhkəməsində davam etdirilən prosesdə iştirakları barədə məluat verdi.

İdarə Heyəti həmçinin mayın 8-də keçiriləcək IV Ali Məclisə hazırlıq vəziyyətini geniş müzakirə etdi. Müzakirələr zamanı qərar alındı ki, Məclisdə ADR Hərəkatının Məsləhət Şurasının yaradılması və işçi komissiyaların formalaşdırılması müzakirə olunsun. Cari məsələlərin müzakirə zamanı qərara alındı ki, mayın ortalarında ADR Hərəkatının təşəbübüsü ilə geniş iştirakçılıq təmin olunmaqla dəyirmi masa müzakirələri təşkil olunsun”.

Nemət


Müəllif:

Oxşar xəbərlər