REAL Hərəkatının sədri İlqar Məmmədovun sənədləri 90 saylı Ağdaş seçki dairəsinin dairə seçki komissiyası tərəfindən qəbul edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə hərəkatın icra katibi Natiq Cəfərli məlumat verib: “Dünən 90 saylı Ağdaş seçki dairəsindən xəbər verdilər ki, REAL sədri İlqar Məmmədovun sənədlərini qəbul ediblər və səlahiyyətli nümayəndə kimi məni DSK-ya dəvət etdilər. Bu gün Ağdaşda oldum, İlqar bəyin imza vərəqələrini aldım”.
N.Cəfərli dairə ərazisində yaşayan seçicilərə müraciət edərək onları İ.Məmmədovun namizədliyinin qeydə alınması üçün imza verməyə çağırıb.
Səxavət