3 May 2016 19:23
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanın Dağlıq Qarabağı tanıması" bütün beynəlxalq hüquq prinsiplərinin, o cümlədən BMT TŞ-nin qətnamələrinin, AŞ PA-nın, Avropa Şurasının sənədlərinin pozulması anlamına gələcək və ATƏT-in Minsk qrupunun çoxsaylı təkliflərinin üstündən xətt çəkəcək.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Qovorit Moskva" radiostansiyasının efirində deyib.

Onun sözlərinə görə, həmsədrlər bu məsələ ilə bağlı fikirlərini bildirməlidirlər.

P.Bülbüloğlu qeyd edib ki, belə məsuliyyətsiz qərar qəbul edilsə, qərara görə bütün məsuliyyət və onun mənfi nəticələri Ermənistanın indiki deputatlarının və rəhbərliyinin çiyinlərinə düşəcək.

Səfir bildirib: "Biz məsələnin sülh yolu ilə həllinə hazırıq. Lakin sülh yolu ilə həll edilməsə, hərbi yolla həll edəcəyik".


Müəllif:

Oxşar xəbərlər