8 İyun 2016 11:58
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-da qadınlar səs vermək hüququ alandan 96 il sonra ilk dəfə bir qadın ABŞ prezidenti olmaq üçün rəsmi namizəd olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu gənc fəal Bəxtiyar Hacıyev bildirib.

B.Hacıyev fikirlərini bu cür ümumiləşdirib: “Klinton öz mitinqində Sandersə təşəkkür etdi, tərəfdarları alqışladı. Sanders öz mitinqində Trampın adını çəkdi, tərəfdarları susdu. Sanders öz mitinqində Klintonu qələbələri münasibətilə təbrik etdi, tərəfdarları “yuh”ladı”.

Onun fikrincə, riyazi olaraq, artıq Sandersin demokratların namizədi olması ehtimalı yoxdur: “Sanders və tərəfdarları emosiyalarını kənara qoymalı, eyvana çıxıb hər şeyə yuxarıdan baxmalı və doğru qərar verməlidirlər. Əsas rəqibi qoyub, daxili rəqibə nifrətlə uzağa getmək olmaz. Demokratik seçkini uda bilməyəndə, rəqibə hörmətlə yanaşmaq, təbrik etmək, dəyişmək istədiyiniz şeyləri başqa formada mübarizə apararaq etmək lazımdır.

Hisslərinizi hiss edirəm, 8 il əvvəl o məyusluğu Klintonun kampaniyasını aparanlar da yaşamışdı. Amma o səhifəni tez bağlamışdılar və gələcəyə baxmışdılar. İndi Sanders üçün “Berni bəy gələcək, zülm bitəcək! Ya azad ol, ya tamam yan” yanaşması vaxtı deyil. Trampın ABŞ prezidenti olmaması üçün Sanders tərəfdarları Klinton tərəfdarları ilə birləşməlidirlər”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər