8 İyun 2016 16:22
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov Avropa İttifaqının daxilində baş verən proseslər və fikir ayrılıqları haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, Müsavat funksioneri bildirib ki, Avropa İttifaqının əsasını Avropa İqtisadi Birliyi (Ümumi bazar) təşkil edib: “Bu birliyin əsasını 6 ölkə qoymuşdu - Fransa, Qərbi Almaniya, İtaliya, Belçika, Niderland və Lüksemburq. Böyük Britaniya 1961-ci ildə təşkilata üzv olmaq üçün müraciət etdi, lakin Fransa prezidenti Şarl de Qoll buna razılıq vermədi. Yalnız de Qollun istefasından sonra, 1973-cü ildə Böyük Britaniya Avropa İqtisadi Birliyinə üzv ola bildi. İndi də London bu birlikdən çıxmaq istəyir. Əsas səbəb də immiqrasiya siyasətindəki fikir ayrılığıdır. London mühacir axınına maneələr yaratmaq fikrindədir, bu da Avropa İttifaqı qarşısındakı öhdəliklərə ziddir. Müsəlmanların axını Avropa İttifaqında ilk çat yaratmaq üzrədir”.

Yadigar Sadıqov əlavə edib ki, Böyük Britaniya 15 gündən sonra Avropa İttifaqında qalıb-qalmayacağını müəyyən edəcək. Onun sözlərinə görə, bu məqsədlə krallıqda referendum keçiriləcək: “Referenduma 15 gün qalmış rəy sorğuları Avropa İttifaqında tərəfdarlarının və əleyhdarlarının sayının təxminən eyni olduğunu göstərir”.

Cavid


Müəllif:

Oxşar xəbərlər