22 İyun 2014 19:49
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosta-Rika millisinin hücumçusu Joel Kempbell komandasının DÇ-2014-dəki çıxışı haqda fikirlərini bildirib.

Qol.Az-ın xəbərinə görə, Britaniya mətbuatına müsahibəsində o deyib ki, qrup səddini aşacaqlarına güclü inamları olub:

“Qələbə meydana hansısa rəngdə forma ilə çıxmağa görə yox, böyük zəhmət bahasına əldə olunur. Biz artıq tarixə düşmüşük. Amma bundan da artığını etməyə çalışacağıq”.

Joel Kempbell pley-off-da hansı rəqiblə düşəcəkləri haqda fikirləşmədiklərini də deyib:

“Bunun bir mənası yoxdur. Qrupdakı rəqiblərimizin üçü də (İtaliya, Uruqvay, İngiltərə - red.) dünya çempionudur.
Onlardan ikisinə qalib gəlmişik. Ona görə də bundan sonra istənilən komandanı məğlub edə bilərik. Unutmayın, kimsə bizim qrupdan çıxmağımıza bir dollar belə pul qoyuluşu etməmişdi, amma komandamız artıq 1/8 finaldayıq”.


Müəllif: