26 İyun 2016 09:56
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Qalatasaray” klubu daha bir futbolçu ilə heyətini gücləndirib.

Teleqraf.com xəbər verir ki, İstanbul klubu “Antalyaspor”la müqaviləsi başa çatan Emrah Başsanla razılığa gəlib.

24 yaşlı yarımmüdafiəçi ilə üç illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 2011-ci ildən “Antalyaspor”da çıxış edən futbolçu 136 oyuna 21 qol vurub.


Müəllif:

Oxşar xəbərlər