26 İyun 2016 11:48
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç "Avro-2016"nın 1/8 finalında Portuqaliyaya uduzduqları oyun haqda danışıb.

28 yaşlı futbolçu son dəqiqələrdə buraxılan qolla uduzduqları üçün çox məyus olduğunu bildirib:

"Təəssüf ki, evə gedirik. Bu futboldur, bizə də Portuqaliyanı təbrik etmək qalır. Matçın son dəqiqəsində qol buraxmaq çox ağırdır. Söz tapmaq çətindir. Xorvatiya Avropanın ən yaxşı olduğunu sübut etdi. Ancaq daha da inkişaf etməliyik. Mən indiyə kimi bu qədər gözyaşı görmədim. 1/4 finala çıxmaq üçün hər şey etdik, amma alınmadı. Bizi dəstəkləyən azarkeşlərə minnətdaram".

Qeyd edək ki, Portuqaliyaya 0:1 hesabı ilə uduzan Xorvatiya millisi turnirlə vidalaşıb.(qol.az)


Müəllif:

Oxşar xəbərlər