Bu gün AÇ-2016-da 1/8 finalın daha 3 qarşılaşması keçiriləcək.
Publika.az xəbər verir ki, turnirin əsas favoritlərindən hesab olunan Fransa ən yaxşı 3-cülərdən biri olan İrlandiyayla qarşılaşacaq. İtaliya yığmasının “hədiyyəsi” hesabına 1/8 finala adlayan “Yaşıl oğlanlar”ın burdan o tərəfə getmələri sadəcə, möcüzə olar.
Almaniya – Slovakiya cütlüyü haqqında da eyni sözləri deyə bilərik. Çempionluğa iddia edən Yoahim Lövün komandası üçün Slovakiya arzulanan rəqibdir. Bundestim hələ ki, qapısında top görməyib.
Avropa çempionatının sürpriz komandası olan Macarıstan hələ də öz oyununu sərgiləyə bilməyən Belçika ilə qarşılaşacaq. Həm macarlar, həm də Belçika sürətli və məhsuldar futbol sərgiləyir.
AÇ-2016. 1/8 final
26 iyun
17:00 Fransa - İrlandiya
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Lion. Şəhər stadionu
20:00 Almaniya - Slovakiya
Baş hakim: Şimon Marçinyak (Polşa)
Lill. “Pyerr Morua” stadionu
23:00 Macarıstan – Belçika
Baş hakim: Milorad Maziç (Serbiya)
Tuluza. Şəhər stadionu