11 Avqust 2016 20:15
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rio-2016 Yay Olimpiya Oyunlarında gücünü sınayan cüdo üzrə Azərbaycan yığmasının üzvü Elmar Qasımov finala vəsiqə qazanıb.


Teleqraf.com xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz 1/4 finalda misirli idmançı Dərviş Ramazanı 54 saniyəyə məğlub edib.


Təmsilçimizin final yolundakı rəqibi ukraynalı Artyom Bloşenko olacaq. Görüş Bakı vaxtı ilə 23:12-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan Rioda 6 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırdığı halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurub.


Müəllif:

Oxşar xəbərlər