Braziliyada keçirilən Yay Olimpiya Oyunları çərçivəsində qadın güləşi üzrə yarışlara start verilib.
Trend-in məlumatına görə, bu gün təmsilçilərimiz Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) xalça üzərinə çıxıblar.
Mübarizəyə 1/8 final mərhələsindən qoşulan M.Stadnikin ilk rəqibi argentinalı Patrisia Bermudes olub. Güləşçimiz ilk hissədə rəqibindən 10 xal alaraq vaxtından əvvəl qələbə qazanıb. O, 1/4 finalda Polşa idmançısını da vaxtından əvvəl məğlubiyyətə uğradıb - 10:0.
Y.Ratkeviç də mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Ukraynalı Oksana Herhel qarşılaşan təmsilçimiz 7:5 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Bu mərhələdə Y.Ratkeviç kolumbiyalı Jaklin Penteria ilə üz-üzə gələcək.