"Arsenal" heyətinə iki futbolçu cəlb etməyə hazırlaşır.
Teleqraf.com-un qol.az-a istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Arsen Venger məlumat verib. O, "Valensiya"dan Şkordan Mustafi, "Deportivo"dan Lukas Peresin transferi ilə bağlı razılıq əldə olunduğunu deyib:
"Hər iki oyunçu tibbi müayinədən keçib. Yaxın günlərdə onlarla müqavilə imzalanacaq".