2 Sentyabr 2016 09:39
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Bari liman şəhərində İtaliya və Fransanın futbol komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Report" xəbər verir ki, Fransanın heyətində Antoni Marsyal (17-ci dəqiqə), Olivye Jiru (28) və Leyvin Kurzava (81) fərqlənib.

Ev sahiblərinin təsəlli qolunu Qratsiano Pelle (21) vurub.

Qarşılaşma bir neçə əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, İtaliya yığmasının qapıçısı Canluici Donnarumma milli komanda tarixinə ən gənc qolkiper (17 yaş 188 gün) kimi düşüb. Bu, həm də videotəkrar sisteminin təcrübədən çıxarıldığı ilk beynəlxalq matç olub.

Fransa yığması 2018-ci il Dünya çempionatının seçmə mərhələsinə sentyabrın 6-da Belarusla keçiriləcək qarşılaşma ilə başlayacaq. İtaliya isə birinci oyununu sentyabrın 5-də səfərdə İsrail millisinə qarşı keçirəcək.


Müəllif:

Oxşar xəbərlər