3 Sentyabr 2016 01:19
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA Müşahidə Şurası UEFA prezidentliyinə namizədlərin siyahısını təsdiq edib.

Apasport.az saytının məlumatına görə, qarşıdakı seçkilərdə 3 namizəd mübarizə aparacaq.

Belə ki, ispaniyalı Anxel Mariya Vilyar, holland Mixael van Praq və sloveniyalı Aleksandr Çeferin qitənin ali futbol qurumuna başçılıq etmək üçün bir-biriləri ilə yarışacaqlar.

Qeyd edək ki, prezident seçkiləri sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək. Elə həmin gün də Mişel Platininin prezident postundan getməsi rəsmən elan olunacaq. Platini 2007-ci ildən bu vəzifədə çalışırdı.


Müəllif:

Oxşar xəbərlər