4 Sentyabr 2016 01:15
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

DÇ-2018-in seçmə mərhələsində San Marino yığmasının qonağı olacaq futbol üzrə Azərbaycan millisi oyunöncəsi son məşqinə çıxıb.

Qol.az-ın məlumatına görə, komandamızın son məşqi oyunun keçiriləcəyi Olimpiya Stadionu, başqa adı ilə "San Marino stadionu"nda baş tutub.

Mətbuat nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olan məşqə baş məşqçi Robert Prosineçki futbolçuların isinmə hərəkətləri ilə start verib. Ardınca yığma üzvləri toplu çalışmalara keçiblər.

Millinin məşqini AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da izləyib. Məşq zamanı "Milli dəstə" azarkeş qrupu da komandaya öz şüarları ilə dəstək olub.

Yığmamızdan öncə isə meydan sahibləri son çalışmalarını yerinə yetirib. Baş məşqçi Pyerancelo Mansaroli komandasını oyunun keçiriləcəyi stadionda deyil, təxminən 200 metr aralıda yerləşən meydançaya çıxarıb.

İlk olaraq komanda üzvləri San Marino Futbol Federasiyasının prezidenti Corco Kreşentini ilə görüşüb. Bu məşqin də ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Bu müddətdə meydan sahibləri yalnız baş məşqçinin təlimatlarını dinləyib, heç bir çalışma yerinə yetirməyiblər.


Müəllif:

Oxşar xəbərlər