5 Oktyabr 2016 00:12
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniyanın “Orxid” klubuna transfer olan basketbolçu Kemron Mur ilk məşqində vəfat edib. Bu barədə yerli mətbuat xəbər yayıb.

Bildirilib ki, daha əvvəl İtaliyanın “Kazreta” və “Venesiya” klublarında oynamış 25 yaşlı basketbolçunun mövsümün əvvəlində keçirilmiş sağlıq müayinəsində heç bir problem aşkar olunmamışdı. Ancaq onun daha əvvəl ürəyində bir dəfə sağlıq problemi olubmuş.

Qeyd edək ki, idmançının vəfatının dəqiq səbəbi detallı analizlərdən sonra məlum olacaq. (APA)


Müəllif: