Avropa Liqasının üçüncü turunda hazırda "Qarabağ" və Yunanıstan PAOK-u arasında keçirilən oyunu rəsmi şəxslər izləyir.
Teleqraf.com-un məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayev, xarici işləri naziri və AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov, "Qarabağ" klubunun prezidenti Abdulbari Gözəl və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Tofiq Bəhramov adına Respublika Stadionundadır.