Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir.
Teleqraf.com-un məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qəbələ” də növbəti oyununa çıxır.
Roman Qriqorçukun komandası Bakıda “Sent-Etyen”i qəbul edir.
Fransada keçirilən oyunda rəqibinə uduzan (0:1) “qırmızı-qaralar” bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Buna qədər qrupda keçirdiyi hər üç oyunda məğlub olan “Qəbələ” bu gün ilk xalını qazana bilər.
Qrupun digər oyununda “Anderlext” “Maynts”ı qəbul edəcək.
3 noyabr
Avropa Liqası, IV tur
C qrupu
22:00. “Qəbələ” – “Sent-Etyen” (Fransa) - 1:2 (İkinci hissə)
Qol: Ruslan Qurbanov, 39, Tannane, 45+1 (1:1), Beriç, 53 (1:2)
22:00. “Anderlext” (Belçika) – “Maynts” (Almaniya)