10 Noyabr 2016 17:10
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonun “Tottenhem” klubu və Hollandiya yığmasının hücumçusu Vinsent Yanssen yoldaşlıq oyunu zamanı başından ağır xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, ötən axşam Belçika ilə keçirilən matçın 27-ci dəqiqəsində qapıçı Simon Minyole ilə toqquşan hollandiyalı futbolçunun beyni silkələnib. Məlum olub ki, o, ağır zərbədən sonra tədricən huşunu itirib və yerdə hərəkətsiz vəziyyətdə qalıb. Məsələyə müdaxilə edən tibb personalı isə futbolçunu meydandan çıxararaq ona ilkin yardım göstərib.

Hadisəni şərh edən Hollandiya millisinin baş məşqçisi Danni Blind bildirib ki, Yanssenin vəziyyəti çox ciddidir və futbolçu toqquşma nəticəsində yaddaşını itirib. “Həkimlərin müayinəsinə görə, onun beyni silkələnib. İyirmi dəqiqə huşunu itirən futbolçu ayıldıqdan sonra ümumiyyətlə meydanda nə baş verdiyini xatırlamır”, - deyə Blind diqqətə çatdırıb.

Qeyd edək ki, Hollandiya–Belçika oyunu 1:1 hesabı ilə başa çatıb.


Müəllif:

Oxşar xəbərlər