İspaniya millisi və "Mançester Siti"nin futbolçusu Nolitonun anası onunla bağlı şok ittihamlar irəli sürüb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Roçio Agudo Duran oğlu ilə "votsap" yazışmalarını paylaşaraq oğlunun ona nalayiq söyüşlər yazdığını və onu küçəyə atdığını deyib.
Nolitonun onu saymadığını deyən ana əlavə edib ki, oğlu həftədə 100 min sterlinqə yaxın pul qazanır.
"Ancaq oğlum aldığım evin pulunu da ödəmir. Hər an iki övladımla küçələrə düşə bilərəm" - deyə o bildirib.
Qeyd edək ki, əvvəllər heroin düşkünü olduğu deyilən Rocio Duran hazırda dilənçilik edir.