AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının 2018-ci il Dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə səfər matçını izləməyə gedib.
Qurum rəhbəri ilə yanaşı vitse-prezident Elşad Nəsirov, həmçinin AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və digər assosiasiya rəsmiləri bu gün saat 23:45-də "Wındsor Park" stadionunda keçiriləcək matçda fəxri tribunada olacaqlar.
R.Əliyev və AFFA baş katibi Elxan Məmmədov milli komanda ilə birgə noyabrın 8-də Belfasta gedib.
Qeyd ədək ki, R.Abdullayev 4 il öncə Belfastda 1:1 hesabı ilə nəticələnən matçı da həmin stadiondan izləmişdi.
"Report"