“Neftçi” klubu futbolçusu Denilsonla icarə müqaviləsinə xitam verib.
Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.
Braziliyalı hücumçu müqavilə ilə məxsus olduğu İspaniyanın “Qranada” klubuna qayıdıb.
Qeyd edək ki, Denilsonun icarə müqaviləsi mövsümün sonuna qədər idi.