12 Yanvar 2017 17:53
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray" daha bir futbolçunun transferini həll edib.

Qol.az-ın məlumatına görə, İstanbul klubu "Gənclərbirliyi"nin müdafiəçisi Ahmet Çalıkı heyətinə cəlb edib.

Bugünlərdə 22 yaşlı futbolçu ilə müqavilə imzalanacaq.

"Gənclərbirliyi"nin prezidenti İlhan Cavcav yerli mətbuata açıqlamasında "Qalatasaray"la razılıq əldə etdiklərini deyib. O bildirib ki, bu transferə görə 2.5 milyon avro gəlir əldə edəcəklər.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2015-ci ildən Türkiyə millisə çağırılır.


Müəllif:

Oxşar xəbərlər