"Qarabağ" klubunda çox xoşbəxt 4 il keçirdim. "Adanaspor"da da uzun müddət yaxşı futbol oynayacağıma, ailəmlə birgə burada xoşbəxt yaşayağıma əminəm".
Teleqraf.com xəbər verir ki, bu sözləri "Qarabağ"dan "Adanspor"a transfer olan Reynaldo Türkiyə klubunun telekanalına müsahibəsində deyib.
O, "Adanaspor"a keçdiyi üçün xoşbəxt olduğunu bildirib: "Bura çox gözəldir. Digər komanda yoldaşlarımla bu barədə danışmışam. Burada hava, iqlim çox yaxşıdır. Günəşli günləri xoşlayıram. Bir sözlə, ilk fikirlərim yaxşıdır. Ümid edirəm ki, belə də davam edəcək".