19 Fevral 2017 19:07
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Topaz Premyer Liqada 19-cu tura yekun vurulur.

Bu gün daha 2 matç keçirilir.

Əsas diqqətlər Qəbələyə yönələcək. Burada çempionluğa iddialı 2 komanda üz-üzə gələcək. "Qəbələ" - "Qarabağ" matçını 6 xallıq oyun kimi də dəyərləndirmək olar.

Meydan sahibləri 3 xal qazanacaqları halda, "Qarabağ"la xalları bərabərləşdirərək şəxsi oyunlardakı üstünlük sayəsində lider olacaqlar. Ağdam klubu isə çətin səfərdən 3 xalla dönsə, çempionluq yolunda mühüm addım atmış olacaq.

"Sumqayıt" isə öz meydanında çempionatın autsayderi AZAL-ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

19 fevral (bazar)

17:30.“Qəbələ” – “Qarabağ” - 2:0 (İkinci hissə)
Qol: Sergey Zenyov, 29, Filip Ozobiç, 69
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
Qəbələ şəhər stadionu

15:30.“Sumqayıt” - AZAL - 1:0
Qol: Yusif Nəbiyev, 13
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
"Kapital Bank Arena"

18 fevral (şənbə)

“Neftçi” – “Kəpəz” - 0:0
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev
8-ci kilometr qəsəbə stadionu

"İnter” – “Zirə” - 1:1
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov
"İnter Arena"
/Qol.az/


Müəllif: