10 İyul 2014 16:08
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya jurnalistləri bu ölkənin milli komandasının hücumçusu Neymarın Almaniya ilə yarımfinal oyununa necə baxdığını açıqlayıblar.

Xatırladaq ki, həmin oyunda braziliyalılar 7:1 hesabı ilə məğlub olublar. “UOL Esporte”nin verdiyi xəbərə görə, Neymar oyuna öz qohumlarının və dostlarının əhatəsində doğma şəhəri Quarujedə baxıb.

Oyun ərzində məğlubiyyətə görə ulduz oyunçunun anası ağlayırmış Neymara gəldikdə, məlumatda qeyd edilir ki, Braziliya millisinin qapısına vurulan 7-ci qoldan sonra televizoru söndürərək dostlarına poker oynamağı təklif edib.

/modern.az/


Müəllif:

Oxşar xəbərlər