"Qarabağ" tərcüməçisi Əfqan Xəlilini klubdan uzaqlaşdırıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 22-ci turunda AZAL-la oyundan sonra keçirilən mətbuat konfransında bildirib: "Özünüz bilirsiniz ki, mən həmişə hərənin öz işi ilə məşğul olmasının tərəfdarıyam. Xəbərdən məlumatım var. Bu hərəkətinə görə Əfqanı komandadan uzaqlaşdırdım. Mən nə qədər burdayamsa, heç kim intizamsızlıq etməməlidir. Düzü, Əfqanın işindən çox razı idim, son zamanlar daha yaxşı anlaşırdıq. Buna baxmayaraq, onu uzaqlaşdırdım".
Qeyd edək ki, Əfqan Xəlilli özünün "Facebook" səhifəsində futbolçu Miçel Madera ilə olan şəkili paylaşaraq, jurnalistlərə xitabən “növbəti axmaq sualı gözləyərkən, mən” – sözlərini yazıb.