14 İyul 2014 15:06

Almaniya və Argentina arasında baş tutan Dünya Çempionatının final matçının 90-cı dəqiqəsi başa çatmaq üzrəykən qəribə hadisə yaşanıb. Bir futbol azarkeşi matçın son anlarında meydana daxil olub və meydanda qaçmağa başlayəb.

Teleqraf.com xəbər verir ki, çılğın azarkeşin bədəninə “Natural born prankster” ( anadangəlmə zarafatcıl) yazması da diqqət çəkib.

Maraqlıdır ki, rus əsilli azarkeş Vitali Zdorovetskiy bu cür hərəkət edə biləcəyini əvvəlcədən üstü örtülü şəkildə bəyan edib. Zdorovetskiy, "twitter"də matçdan öncə və matç günü yazdıqlarıyla bir cılğılıq edəcəyini bildirib.

Vitali Zdorovetskiy sosial şəbəkədə matçdan təxminən 20 saat əvvəl - “Sabah televiziyada görüşərik uşaqlar. Almaniya-Argentina”, görüşün başlamasına az qalmış isə "Bu gün mənim üçün böyük bir gündür"- sözlərini yazıb.

Dediyini edən azarkeş bununla yetinməyib. O, Almaniya millisinin oyunçusu Benedikt Hövedesi öpməyə də çalışıb. Hər kəsi təəccübləndirən çılğın azarkeşi təhlükəsizlik işçiləri tez tutublar. Bununla da azarkeşi stadiondan çölə çıxarıblar.

Aygün İlqarqızı


Müəllif:
Загрузка...