Teleqraf.com xəbər verir ki, ilk oyun günündə Madrid şəhərinin iki təmsilçisi üz-üzə gələcək. “Real” klubu doğma meydanında “Atletiko”nu qəbul edəcək.
Bu klublar arasında baş tutan son 5 qarşılaşmanın 3-də tərəflər heç-heçəyə razı olublar.
Hər iki klubun heyətində zədəli futbolçular var. “Real”da Pepe və Beyl, “Atletiko”da isə Karrasko və Xuanfran qarşılaşmanı tribunalardan izləməli olacaqlar.
Görüş Bakı vaxtı ilə 22:45-də başlayacaq.
Digər oyun isə sabah baş tutacaq. Fransanın “Monako” klubu öz meydanında İtaliya “Yuventus”unu qəbul edəcək.
Samir